1 iyun 2022-ci il tarixində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Binəqədi rayonu ərazisində yerləşən Heydər Əliyev adına mədəni istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “Camal” LTD şirkətinin dəstəyi ilə bayram tədbiri keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə uşaqlar üçün konsert proqramı nümayiş etdirilib, parkın qonağı olan bütün uşaqlara dondurmalar hədiyyə edilib.
Bundan başqa, Binəqədi rayonunda yerləşən 158, 177, 238, 274 və 291 saylı körpələr evi-uşaq bağçalarında da 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə körpələrin iştirakı ilə bayram tədbirləri keçirilib.
Bineqedi.info










