Binəqədidə adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

0
49
mehkeme-qanun-edalet

Binəqədidə adam öldürməkdə təqsirləndirilən Yəhya Quliyevin məhkəməsi başlayır.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim R. Sadıxovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, Biləcəri qəsəbəsində yaşayan və Vətən müharibəsi iştirakçısı, 1999-cu il təvəllüdlü Y. Quliyev gecə saatlarında məhəllədə səs-küy yarandığını görüb. Küçəyə çıxdıqda yaxınlıqda yaşayan və yüngül həyat tərzi keçirən qadının yanına gəlmiş şəxslərlə Y.Quliyev arasında mübahisə yaranıb. Az sonra mübahisə münaqişəyə çevrilib. O,1998-ci il təvəllüdlü Z. Həşimli və 1992-ci il təvəllüdlü E. İbadovu döyüb və nəticədə E. İbadovun xəstəxanaya aparılarkən yolda ölüb. Z.Həşimlinin isə həyatına təhlükə yaranmayıb.

Y.Quliyevə qarşı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Quliyev Y. N. oğlu Vətən müharibəsində iştirak edib. O döyüşlərin birində yaralanıb. Y.Quliyev “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədi rayon Bələdiyyəsinin keçmiş sədrinin məhkəməsində dava düşüb?
Növbəti məqalədəBinəqədidə “Sağlam həyat naminə narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib