Binəqədi rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 22 iyun 2022-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində 26 iyun – “Silahlı Qüvvələr Günü”nə həsr olunmuş şahmat turniri keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, şahmat turnirinin nəticəsinə əsasən 1-ci yeri “Mübariz” komandası, 2-ci yeri “İstiqlal” komandası, 3-cü yeri “Şahinlər” komandası tutub.
Turnirdə hakimlik vəzifəsini Ramil İmanov yerinə yetirib.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova iştirak edib.
Bineqedi.info












