Binəqədi rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin və “İnam” idman klubunun birgə təşkilatçılığı ilə 26 iyun 2022-ci il tarixində İNAM idman klubunda 26 İyun – “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş Binəqədi rayon turniri keçirilib.
Bineqedi.info saytı xəbər verir ki, turnirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin metodisti Fidan Həsənli iştirak edib.
Dövlət himninin səsləndirilməsindən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra turnirə start verilib və idmaçılar qalib adına nail olmaq üçün əzmkar mübarizə aparıblar.
Turnirinin nəticəsinə əsasən qalib gələn idmaçılar medal və müvafiq dərəcəli diplomlar əldə ediblər.
Bineqedi.info















