Binəqədi rayon ictimaiyyətinin iştirakı ilə şəhidin məzarı ziyarət olundu – FOTOLAR

0
76
Şəhid gizir Bayramov Cavid Azər oğlunun əziz xatirəsinin yad olunması məqsədilə Binəqədi rayon ictimaiyyətinin iştirakı ilə şəhidin məzarı ziyarət olunub.
Bineqedi.info saytına verilən məlumata görə, mərasimdə şəhidin ailə üzvləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Füzuli Mehrabzadə, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Venera Əsgərova, nümayəndəlik və bələdiyyə rəhbərləri, rayon ictimaiyyəti və fəal gənclər iştirak ediblər.
Qeyd edək ki, Bayramov Cavid Azər oğlu 29 iyun 1997-ci ildə Bakı şəhərində anadan olmuşdu.
Atası Bayramov Azər də Birinci Qarabağ müharibəsində iştirak etmişdi. Canından vətənə can verən, qanı ilə vətən torpağını suvaran cəsur Cavidimiz vətənini qorumaq üçün könüllü olaraq cəbhəyə yollanıb, 8 oktyabr 2020-ci il tarixində Füzuli rayonunda qəhrəmancasına ən uca Zirvə-Şəhidlik zirvəsinə ucalıb. Binəqədi qəsəbəsi ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, şəhid gizir Cavid Bayramov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bineqedi.info
Bir 1 kişi, ayakta ve yazı görseli olabilir
Bir 6 kişi, ayakta duran insanlar, çiçek ve açık hava görseli olabilirBir 5 kişi görseli olabilirBir 9 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 3 kişi, ayakta duran insanlar, anıt ve açık hava görseli olabilirBir 8 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 10 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 10 kişi, ayakta duran insanlar, çiçek ve açık hava görseli olabilirBir 6 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirFotoğraf açıklaması yok.Bir 6 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 8 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 5 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 9 kişi ve ayakta duran insanlar görseli olabilirBir 3 kişi, anıt, açık hava ve yazı görseli olabilirBir 9 kişi, ayakta duran insanlar, anıt ve açık hava görseli olabilirBir 8 kişi, ayakta duran insanlar, çiçek ve açık hava görseli olabilirBir 6 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir
Əvvəlki məqaləTanınmış aktyorun Binəqədili gənclərlə görüşü – FOTOLAR
Növbəti məqalədə“Bakılılar günü” – üzqarası olası bayram…