“Meymunçiçəyi virusuna qarşı heç bir vaksinasiya nəzərdə tutulmur”. Bineqedi.info xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. T. Musayev qeyd edib ki, bu, Ümumdünya Səhiyyə Təşkilatının strategiyasından irəli gəlir: “Yəni hazırda heç bir peyvəndə ehtiyac duyulmur”.
Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb. Nazir bildirib ki, yoluxma qeydə alınarsa, ictimaiyyətə məlumat veriləcək.
“Uşaqlar arasında yayılan virus mövsümüdür”. Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
T. Musayev valideynlərə müraciət edərək deyib ki, uşaqları vaxtlı-vaxtında həkim müayinəsindən keçirsinlər: “Təbii ki, müxtəlif xəstəliklər də ola bilər. Lakin bu günə kimi müşahidə etdiyimiz klassik mövsümü artmalardır. Yəni burada hər hansı spesifik yoluxucu xəstəliyin mövcudluğundan danışmaq lazım deyil”.
“Azərbaycanın sərhəd keçid məntəqələrində meymunçiçəyi virusu ilə əlaqəli hər hansı spesifik tədbirlərin görülməsi nəzərdə tutulmur”. Onun sözlərinə görə, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının verdiyi qərar və tövsiyələrə əsasən ölkədə epidemioloji nəzarət tədbirləri qurur: “Azərbaycan da həmin qayda və tövsiyələrə tam riayət edir”.
Azərbaycana meymunçiçəyi testləri yaxın 2-3 gün ərzində gətiriləcək.
“Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatına meymunçiçəyi virusunu təsbit edən testlərin ölkəyə gətirilməsi üçün ilk müraciət edən dövlətlərdən biri olub. Artıq həmin testlər ÜST-nin Azərbaycandakı nümayəndəsinin rəhbərinə rəsmi şəkildə təhvil verilib”, – T.Musayev qeyd edib.
Bineqedi.info