Binəqədi rayonundan olan şəhid Rəşad Ağayevin məzarı ziyarət edildi – FOTOLAR

0
137
sehid-mezar-ziyaret-bineqedi.png
Vətən müharibəsi şəhidi Rəşad Ağayevin doğum günü xatirəsinin yad olunması məqsədilə məzarı ziyarət olunub.
Bineqedi.info xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Qafarov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin böyük məsləhətçisi Fizuli Mehrabzadə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Osman Qasımov və fəal gənclər iştirak ediblər.
Rəşad Rövşən oğlu Ağayev 02 iyul 2000-ci ildə Bakı şəhəri Binəqədi rayonunda anadan olub. 2006-ci ildə 283 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. Hərbiyə marağı elə həmin dövrlərdən başlamışdır. Bundan başqa, onun rəsmə, musiqiyə, şahmata və komputer oyunlarına marağı var idi. 2016-cı ildə orta məktəbi bitirmiş, 7 saylı Bakı Peşə Liseyinə, 2018-ci ildə isə “STEP” Akademiyasının “Programist-dizayner” ixtisasına qəbul olmuş, 2019-cu ildə həmin Akademiyanı bitirmişdir. Daha sonra, 04 iyul 2019-cu ildə Mingəçevir şəhərinin “N” saylı hərbi hissəsinin XTQ-nin kəşfiyyat bölümündə hərbi xidmətə yollanmışdır. O, 2020-ci il iyul döyüşlərində də iştirak etmişdir. Tapqaraqoyunluda, Talış yüksəkliyində, Təkər postu və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə və Suqovuşana ilk Azərbaycan bayrağının sancılmasında fəal iştirak etmişdir. Gərgin gedən döyüşlərin birində yaralanmasına baxmayaraq, yenidən döyüşlərə qoşulmuş və ön cəbhədə vuruşmuşdur. Sonuncu dəfə Ağdərə istiqamətində gedən döyüşlərdə yaralı əsgər yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olmuş və Şəhidlik Zirvəsinə ucalmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid Rəşad Ağayev “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Bineqedi.info
Bir 8 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 8 kişi, ayakta duran insanlar, eşarp ve açık hava görseli olabilirBir 6 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 6 kişi, ayakta duran insanlar, ağaç ve açık hava görseli olabilirBir 8 kişi, ayakta duran insanlar, ağaç ve açık hava görseli olabilirBir 6 kişi, ayakta duran insanlar, çiçek, ağaç ve açık hava görseli olabilirBir 6 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 4 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 8 kişi, ayakta duran insanlar, ağaç ve açık hava görseli olabilirBir 6 kişi, ayakta duran insanlar, ağaç ve açık hava görseli olabilirBir 2 kişi ve açık hava görseli olabilirBir 1 kişi, ayakta ve yazı görseli olabilirBir 9 kişi ve ayakta duran insanlar görseli olabilir
Əvvəlki məqaləKamaləddin Qafarov: “Sammit Xəzəryanı dövlətlərin müştərək fəaliyyətinə yeni impuls verdi”
Növbəti məqalədəBinəqədidə reabilitasiya mərkəzində narkoman işgəncə nəticəsində ölüb?