BMT ofisi Hadrutdan qaçan ermənilərin tələbini RƏDD EDİB

0
54
ermenistan-etiraz-nikol

Qarabağdakı 44 günlük müharibə zamanı Hadrutdan qaçmış müşki ermənilər yenidən İrəvanda – hökumət binası önündə etiraz aksiyası keçiriblər.

Onların əsas tələbi “qaçqın” statusu almaq olub.

Qeyd edək ki, 44 günlük müharibədən sonra Hadrutdan qaçan ermənilər vaxtaşırı İrəvanda etiraz aksiyaları keçirərək Ermənistan hakimiyyətindən onlara “qaçqın” statusu verilməsini istəyiblər.

Amma məsələ burasındadır ki, bu şəxslər Ermənistan pasportlarına malikdirlər və ona görə də “qaçqın” statusu almaq üçün müəyyən edilmiş meyarlara cavab vermirlər. Bunu Ermənistan hökuməti də bildiyindən müvafiq addım ata bilmir.
Elə BMT-nin Ermənistandakı ofisindən də onlara şikayət edən ermənilərə “gedin problemlərinizi Ermənistan hakimiyyəti həll etsin” deyilib.

Yeri gəlmişkən, “Laçın dəhlizi”nə alternativ yolun Ermənistan hissəsinin tikintisi üçün avqust ayında tender elan olunacaq.

Bineqedi.info saytı modern.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak”ın məlumatında deyilir.

Qeyd olunur ki, tenderdə qalib gələn şirkət alternativ yolun Ermənistan ərazisinə düşən 8 kilometrlik hissəsinin tikintisini öz üzərinə götürəcək.

“Bəzi məlumatlara görə, Azərbaycan tərəfi yolun Ermənistan hissəsini də öz vəsaiti ilə tikməyi təklif edib, amma baş nazir Paşinyan ictimaiyyətin münasibətindən ehtiyatlanaraq bundan imtina edib”, – deyə qəzetin iddiasında bildirilir.

Xatırladaq ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış 10 noyabtr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, 3 il ərzində “Laçın dəhlizi”nə alternativ yol çəkilməlidir. Azərbaycan tərəfi artıq Laçın şəhərindən yan keçən 32 km-lik yolun tikintisini başa çatdırır, Ermənistan tərəfi isə işlərə hələ başlamayıb.

Qeyd edək ki, Laçın şəhərindən yan keçən yeni yol istifadəyə veriləndən sonra Laçın şəhəri və rayonun hazırda Rusiya hərbçilərinin nəzarətində qalmış kəndləri Azərbaycanın nəzarətinə qaytarılacaq.

Söhbət “Laçın dəhlizi” adlandırılan 5 kilometr enindəki zolaqda yerləşən Laçın şəhəri və rayonun 6 kəndi – Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabuxdan gedir.

Həmin yayaşış məntəqələrindən 3-də hazırda ermənilər yaşayır – bunlar Laçın şəhəri, Zabux və Sus kəndləridir.

Qarabağdakı separatçıları bildirirlər ki, “Laçın dəhlizi” Azərbaycanın nəzarətinə keçəndən sonra Zabux və Sus kəndlərindəki ermənilər Şuşanın “Hin Şen” adlandırdıqları Kiçik Qaladərəsi və “Mets Şen” adı verdikləri Böyük Qaladərəsi kəndlərinə köçürüləcək.

Ermənistanın Gorus şəhəri ilə Xankəndini birləşdirəcək və Laçın şəhərinən yan keçəcək 32 kilometrlik yeni yola Rusiya sülhməramlıları nəzarət edəcək.

Əvvəlki məqaləYAP Binəqədi rayon təşkilatının əməkdaşları şəhid ailələrini ziyarət ediblər – FOTOLAR
Növbəti məqalədə“Zəngəzur dəhlizi” münaqişədən əvvəl necə işləyib?