Binəqədili gənclərin suallarını bu dəfə onlar cavablandırdılar – FOTOLAR

0
56
zahid-memmedov-bineqedi.png
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Fəxri qonaq” layihəsi davam edir.
Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Gənclər Evində keçirilən layihənin növbəti görüşü “Moda və iqtisadiyyat” mövzusunda iqtisad elmləri doktoru, əməkdar müəllim, professor Zahid Məmmədov və modelyer-dizayner, sənətşünas Ülkər Bayramova ilə olub.
Tədbirdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, əməkdaşlar və gənclər iştirak edib.
Görüşdə qonaqlar ilk öncə layihə rəhbəri və tədbirin moderatoru Fərəh Quliyeva tərəfindən ünvanlanan sualları cavablandırıb.
Zahid Məmmədov hazırkı dönəmdə gənclərin iqtisadi biliklərindən, ailə büdcəsini idarə etməsindən danışıb.
Ülkər Bayramova gənclərin moda ilə əlaqəsindən, “dress code” qaydaları haqqında məlumat verib.
Olduqca maraqlı keçən görüşdə gənclər tərəfindən verilən suallar da cavablandırılıb.
Sonda qonaqla birlikdə xatirə şəkili çəkilib.
Bineqedi.info
Bir 11 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Fotoğraf açıklaması yok.Bir 3 kişi, oturan insanlar ve iç mekan görseli olabilirBir 6 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 8 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilirBir 7 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi, oturan insanlar ve iç mekan görseli olabilir
Əvvəlki məqaləBinəqədinin igid oğlu, XTQ üzvü, şəhid Emin Bağırovun doğum günüdür – FOTOLAR
Növbəti məqalədəAzərbaycanda maska rejimi qayıda bilər? – AÇIQLAMA