Azərbaycanda maska rejimi qayıda bilər? – AÇIQLAMA

0
105
bineqedide-maska-reyd

Azərbaycanda ötən aylarla müqayisədə virusa yoluxmada artım müşahidə edirik

Bineqedi.info xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev bildirib.

Həkim bunu nəzərə alaraq, gələcəkdə rəqəmlərin daha da təhdidedici səviyyəyə çatmaması üçün vətəndaşlarımızdan karantin rejiminin qaydalarına riayət etmələrini xahiş edib:

“Bunu deyərkən, gigiyena qaydaları və sosial məsafəni nəzərdə tuturam. Artıq bəzi Avropa ölkələrində “Omicron”un yeni alt növü müəyyən edilib. Avropa virusoloqları ilk dəfə iyunun sonunda Hindistanın bir neçə bölgəsində aşkar edilən və digər ölkələrdə, o cümlədən Böyük Britaniya, ABŞ, Avstraliya, Almaniya və Kanadada yayılan COVID-19 “Omicron” ştamının yeni variantının (BA.2.75) ortaya çıxmasından narahatdırlar. BA.2.75 variantı Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) tərəfindən diqqətlə izlənilir və hazırda nəzarət altındadır.

Virusologiyanın tarixinə nəzər saldığımız zaman görürük ki, bəzi mutasiyalar virusun xüsusiyyətlərində dəyişikliklərə səbəb ola bilər. Mutasiyalar arasında virusun necə ötürüldüyü (daha sürətli yayıla bilməsi) və ya səbəb olduğu xəstəliyin şiddəti (daha ağır xəstəliyə səbəb ola bilər) araşdırılır.

Virusun ilkin ştamlarında da eyni mənzərəni gördük. Nəzərə almaq lazımdır ki, koronavirusun öldürücülük qabiliyyəti azalarkən, yoluxuculuq qabiliyyəti artır. “Omicron” variantına yoluxma bir çox insanda boğaz ağrısı, burun axması və baş ağrısı kimi ümumi soyuqdəyməyə bənzər simptomlarla müşayiət olunur. COVID-19-un ilkin mutasiyalarına aid olan iybilmə və ya dad hissinin yoxa çıxması, öskürək və qızdırma kimi simptomlar hələ də yoluxmanın əsas əlamətləri hesab olunur. Koronavirusun “Delta” və “Omicron” ştamlarının müqayisəsi onu göstər ki, “delta”da ölüm nisbəti daha yüksəkdir”.

Nazirlik rəsmisinin sözlərinə görə, vətəndaşlara koronavirusun yeni dalğasından qorunmaq üçün hamımızın bildiyi gigiyenik qaydaları (tez-tez əlləri yumaq və ya antiseptik vasitələrdən istifadə) davam etdirməlidirlər.

Koronavirus infeksiyasına yoluxmanın artmasının xüsusən payız aylarında baş verməsi bilinən bir həqiqətdir. Bu həqiqətə uyğun olaraq koronavirus xəstəliyi ilə mübarizədə milli səhiyyələr və cəmiyyətlərin hər bir üzvü öyrəndiyi təcrübələrdən yararlanaraq sonrakı addımları atmaq məcburiyyətindədir. Ciddi karantin rejimi hallarının əmələ gəlməsi ehtimalı isə çox da yoxdur.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

R.Mahmudov bildirib ki, yoluxmanın artdığı istənilən dönəmlərdə şəxsi gigiyena qaydalarına riayət edən cəmiyyətlərdə bu problemlə üz-üzə qalma ehtimalı çox da artmayacaq.

“Avropa ölkələrində də yoluxma sayları az olsa da bu gün bəzi Avropa ölkələrində ictimai nəqliyyatda maska istifadəsi birmənalı olaraq məcburidir və insanlar bunu anlayaraq qəbul edirlər. Çünki maska həm ətrafdakı insanlara xəstəlik yaymanı, həm də özünün xəstəlikdən təsir alma ehtimalını azaldan amildir. Ona görə də əgər payız aylarında yoluxma sayında artmalar olarsa, məntiqi olaraq tibbi nöqteyi-nəzərdən maskalardan xüsusən qapalı məkanlarda və ictimai nəqliyyatda istifadə mövzusu gündəmə gələ bilər. Bunun xaricində sərt karantin rejiminin əmələ gəlməsi demək olar ki, ehtimal olunmur”, – deyə R.Mahmudov bildirib.

R.Mahmudov həmçinin vaksinasiyanın vacibliyini diqqətə çatdırıb. “Koronavirus və digər bunun kimi xəstəliklər olduğu müddət içərisində insanların qorunması üçün, yəni xəstəliyə yoluxma deyil, xəstələndikdən sonra həyati təhlükə yaşamaması üçün görəcəkləri tək iş zamanında vaksinasiyadan keçməkdir. Ona görə də bu gün fürsətdən istifadə edərək, məntiqi davranaraq xəstəlik yayıldıqdan sonra deyil, yayılmadan əvvəl vaksindən istifadənin zəruriliyini bildirməyi bir həkim kimi özümə borc bilirəm”, – deyə R.Mahmudov əlavə edib.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədili gənclərin suallarını bu dəfə onlar cavablandırdılar – FOTOLAR
Növbəti məqalədəPrezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb