Bu gün aprel döyüşlərində şəhid olan, Vətən uğrunda ilk qələbənin başlanğıcına öz canı və qanı ilə imza atan ən gənc Xüsusi Təyinatlı Qüvvələrin üzvü Emin Bağırovun doğum günüdür.
Bineqedi.info saytına verilən məlumata görə, Emin Bağırov 1996-cı il 15 iyulda Bakı şəhərində anadan olub.
2014-cü ildə Bakı şəhəri Binəqədi rayonu 182 nömrəli tam orta məktəbi bitirib və həmin ilin oktyabrın 8-də hərbi xidmətə yola düşüb.
İlk olaraq Lənkəran şəhərində xidmət edib.
Daha sonra xidmətini Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə davam etdirib.
Xüsusi Təyinatlı Qüvvələrin təlimlərindən uğurla keçən Bağırov xidmətini burada davam etdirib.
XTQ-in üzvü Emin Bağırov 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz aprelin 6-da doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda son mənzilə yola salınıb.
Emin Bağırov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!
Bineqedi.info
