Binəqədi-Balaxanı yolunda iki “Toyota Prius” toqquşub, bir nəfər ölüb, dörd nəfər yaralanıb

0
266
bineqedi-qetl-olum-qeza

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.info saytı xəbər verir ki, hadisə Binəqədi-Balaxanı yolunda, 4 yol adlanan ərazidə qeydə alınıb.

Rüstəm Qəmbərovun idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Rüfət Hüseynovun idarə etdiyi eyni markalı avtomobil toqquşub. Nəticədə, sərnişin qismində olan Rüfət Hüseynovun atası Əlihüseyn Hüseynov hadisə yerində ölüb, digər sürücü və daha 3 sərnişin hadisə yerində xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə yerləşən məşhur restoran məhkəməyə verilib
Növbəti məqalədəBinəqədidə gənclər arasında “Kahoot” intellektual oyunu keçirilib – FOTOLAR