Binəqədidə yerləşən məşhur restoran məhkəməyə verilib

0
81
bineqedi-rayon-yol-temir.png

Bakının Binəqədi rayonunda yerləşən “Sonalar Sonası” restoranı məhkəməyə verilib.

Bineqedi.info saytının qafqazinfo-ya istinadən məlumatına görə, restoran rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin tələblərini pozub.

İttihama görə, restoran tərəfindən ətraf mühitə atılan zərərli maddələrin miqdarı yol verilə bilən normativlərdən artıq olub. Bu maddəyə görə vəzifəli şəxslər 2 500 manatdan 4 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 500 manatdan 12 500 manatadək məbləğdə cərimə edilir.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq.

Bineqedi.info

“Sonalar Sonası” restoranını cərimə gözləyir

Əvvəlki məqaləPrezident: “Avropa Parlamenti Ermənistan parlamenti ilə müqayisədə Azərbaycana qarşı daha çox aqressivdir”
Növbəti məqalədəBinəqədi-Balaxanı yolunda iki “Toyota Prius” toqquşub, bir nəfər ölüb, dörd nəfər yaralanıb