Millət vəkili Azay Quliyev Binəqədi rayonu, Azadlıq prospekti, 156, 158, 160, Cəfər Xəndan küçəsi 32, 32a, 32b, 32q saylı binaların həyətində seçicilərlə görüşüb, onları narahat edən problemlərlə tanış olub.
Bineqedi.info saytı xəbər verir ki, millət vəkili, həmçinin Naxçıvani küçəsi, 32, 32a, 32b, 34a saylı binaların da həyətində seçicilərilə görüşüb və onları narahat edən məsələlərlə yaxından tanış olub.
Görüşdə müvafiq dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.
Qaldırılan məsələlərin bir çoxu ilə bağlı görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən konkret qərarlar qəbul edilib.
Digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müvafiq addımlar atılacağı qeyd olunub.
Bineqedi.info



