Binəqədi rayonunda təşkil olunan “Yay Sezonu” təcrübə proqramının fəaliyyətləri davam edir. Bineqedi.info saytına verilən məlumata görə, proqram çərçivəsində psixoloq Nərmin İsmayılova tərəfindən “Şəxslərarası münasibət” mövzusunda təlim keçirilib.
Təlimdə stresin nə olduğunu iştirakçılar rollu oyunlarla göstəriblər. Həmin rollu oyunlar əsasında stresin səbəbləri, fiziki və mənəvi fəsadları müzakirə edilib.
Tapşırıqlar kitabçası ilə mövzunu tam əhatə edib, streslə necə mübarizə aparmaq olar məqamına diqqət yetirilib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə iyul-avqust aylarında keçirilir.
Bineqedi.info






