“Əmək yarmarkası”nda 750-dən çox vakansiya üzrə 550-dən çox işaxtaran iştirak edib

0
53
bineqedi-rayon-icra-hakimiyyeti1
Binəqədi Rayon İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialı birgə təşkilatçılığı ilə “Əmək yarmarkası” tədbiri keçirilib.
Bineqedi.info saytı xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Bakı Regional Məşğulluq filialının müdiri Müseyib Əliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və Dövlət Məşğulluq Agentliyinin və Bakı Regional Məşğulluq filialının məsul əməkdaşları iştirak ediblər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev Binəqədi rayonunda əhalinin məşgulluğu sahəsində görülmüş koordinasiyalı işlərin effektiv nəticəsi və nəzərdə tutulan layihələr barədə tədbir iştirakçılarına məlumat verib.
Bakı Regional Məşğulluq Filialının müdiri Müseyib Əliyev karyera planlaması istiqamətində həyata keçirilən layihələr və görülməsi nəzərdə tutulan işlər, eyni zamanda, əmək bazarına keçid etməyə hazırlaşan gənclər üçün yaradılan imkanlar barədə çıxış edib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-İqtisadi İnkişafın Təhlili və Praqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Ziba Nəcəfova, Binəqədi rayonunda özünəməşğulluq layihəsi çərçivəsində xüsusi həssas qrupdan olan şəxslərə, həmçinin tələbələr və məzunlar üçün yaradılmış şərait barədə məlumatlar verib.
Qeyd edək ki, əməkdaşlıq çərçivəsində baş tutan əmək yarmarkasında 30-a yaxın müəssisə, 750-dən çox vakansiya üzrə, 550-dən çox işsiz və işaxtaran şəxslər iştirak edib.
Bineqedi.info
Bir 5 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 1 kişi, ayakta ve iç mekan görseli olabilirBir 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 6 kişi, ayakta duran insanlar, iç mekan ve şunu diyen bir yazı 'Dövlat Maşğulluq Agentliyi Glohal Logistics 166 PAULANER Baku Yükdaşıma ve Logistika dma.sosial.gov.az Maşğu HuqA GOOD. BETTER. PAULANER in dma.gov.az S' görseli olabilirBir 11 kişi ve ayakta duran insanlar görseli olabilirBir 3 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 6 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 8 kişi ve ayakta duran insanlar görseli olabilirBir 6 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 13 kişi, oturan insanlar, ayakta duran insanlar, takım elbise ve iç mekan görseli olabilirBir 9 kişi ve ayakta duran insanlar görseli olabilirBir 14 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 1 kişi, ayakta ve iç mekan görseli olabilir
Əvvəlki məqaləTürkiyə ordusu Qarabağa YERLƏŞDİRİLƏ BİLƏR? – Rusiya işini bilir…
Növbəti məqalədəBinəqədidə birgə monitorinq aparılıb – Fotolar