Türkiyə ordusu Qarabağa YERLƏŞDİRİLƏ BİLƏR? – Rusiya işini bilir…

0
97
xocali-ermenilere-xeberdarliq

Taxıl sövdələşməsi Ukraynadakı müharibənin şiddətləndirdiyi ərzaq çatışmazlığı böhranının həlli məsələsində böyük irəliləyişdən xəbər verir, lakin eyni zamanda, prosesi rəsmi olaraq icra etmək üçün dəhlizə sahib olmaq təkcə Rusiya tərəfindən deyil, eyni zamanda hansısa bir üçüncü tərəfdən də qeyri-qanuni qaçaqmalçılığın qarşısını almağa kömək edəcək”.

Bineqedi.info xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

O bildirib ki, Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması elə də asan məsələ olmayacaq:

“Müharibənin humanitar təsirini bir qədər yüngülləşdirəcək bu razılaşmanın vasitəçiliyi üçün Türkiyənin hər iki tərəfdən kifayət qədər etibarlı hesab edilməsi müsbət haldır. Türkiyənin Rusiya ilə Osmanlı İmperiyası və Rusiya-Türkiyə müharibəsi dövründən qalan mürəkkəb tarixi əlaqələri olub, lakin son illərdə bir sıra qarşılıqlı məqbul və ya hətta faydalı razılaşmalar üzrə danışıqlar apara bilib ki, bu da onun razılaşmasında vasitəçilik qabiliyyətinə töhfə verib.

Cənubi Qafqazda isə Rusiya və Türkiyə birbaşa rəqibdir. Türkiyə üçün sabit vəziyyət daha faydalıdır, çünki o, enerji ehtiyaclarını Ermənistan və Gürcüstanla artan ticarətlə, Azərbaycanla sıx əlaqələri vasitəsilə balanslaşdırmağa çalışır. İkinci Qarabağ müharibəsi zamanı Bakıya göstərdiyi siyasi dəstək sayəsində işğaldan azad edilmiş ərazilərə iqtisadi sərmayələr yatırmağa və şirkətlər cəlb etməyə üstünlük verən əsas tərəflərdən biri məhz Türkiyədir.

Rusiya isə müharibədən əvvəl Ermənistanın xeyrinə təhrikedici rol oynayırdı və indi sülhməramlıların rolu şübhə doğurur. Moskvanın geosiyasi gündəminə sülhdən çox xaosun ən çox cavab verəcəyi müəyyənləşdiyindən, Kremlin niyyətinə inamsızlıq artır. O, Türkiyə ilə rəqabətə sıfır məbləğli oyun kimi baxır, çünki Ankara ilə eyni səviyyədə fayda əldə etmək ehtimalı azdır. Bu səbəbdən Rusiya ilə sülhməramlıların rolu ilə bağlı danışıqlar aparmaq asan məsələ olmayacaq.

Yeganə real variant Türkiyə sülhməramlılarını balansı qorumaq məqsədilə Qarabağa daxil olmağa dəvət etmək və ya Rusiyaya razılaşmanı tamamilə yenidən nəzərdən keçirmək üçün başqa yolla təzyiq etməkdir”.

Qeyd edək ki, dünən İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələrinin iştirakı ilə Ukrayna limanlarından “Taxıl məhsullarının daşınmasına dair” saziş imzalanıb. İmzalanma mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş də iştirak edib.

Əlavə edək ki, iyulun 13-də İstanbulda Ukrayna limanlarında gözləyən taxılın təhlükəsiz daşınmasını təmin etmək üçün BMT nümayəndələrinin iştirakı ilə Rusiya, Ukrayna və Türkiyənin hərbi nümayəndə heyətləri arasında görüş olub. Dördtərəfli görüş zamanı taxıl ixracı üçün İstanbulda koordinasiya mərkəzinin yaradılması barədə razılıq əldə olunub.

Əvvəlki məqaləBinəqədidə görülən işlər sakinlərin ürəyincədir – Abadlaşan, inkişaf edən Binəqədimiz…
Növbəti məqalədə“Əmək yarmarkası”nda 750-dən çox vakansiya üzrə 550-dən çox işaxtaran iştirak edib