“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 28 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, oyunda 6 komanda, 30-dan çox gənc iştirak edib.
Oyunun yekun nəticələrinə əsasən:
“Feniks” komandası-I yer;
“Bitcoin” komandası-II yer;
“Xəmsə” komandası-III yerə layiq görülüb.
Bineqedi.com

















