Daha bir əsgərimiz Laçında həlak oldu

0
59
veten-muharibesi-sehidlerimizin-sayi

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.

Bineqedi.com xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Əvvəlki məqaləBritaniyalı diplomat XİN-ə çağırıldı
Növbəti məqalədəBinəqədi sakinlərinin müraciəti əsasında məsələ qaldırıldı, 4 küçə təmir olunur