Binəqədi sakinlərinin müraciəti əsasında məsələ qaldırıldı, 4 küçə təmir olunur

0
88
bineqedi-yol-temiri-bileceri1

Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının yerlərdə vətəndaşlarla səyyar görüşləri zamanı qeyd olunan problemlərin operativ həlli istiqamətində işlər davam etdirilir.
Bineqedi.com xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Binəqədi rayonu, Binəqədi qəsəbəsində 4 küçənin təmirinə başlanılıb.
Cari ildə Binəqədi rayonu, Binəqədi qəsəbəsi üzrə 5.5 km küçə və yolun təmiri nəzərdə tutulurdu ki, artıq qəsəbənin ümumi uzunluğu 2.4 km olan 4 küçəsində təmir işlərinə start verilib.
Təmir edilən küçələr:
– Əliheydər Qarayev,
-Ağamirək İsfahani,
-Mikayıl Ələkbərov
-Cəfər Cabbarlı küçələridir.
Sözügedən küçələr torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Təmir işləri çərçivəsində:
– yararsız qrunt qazılaraq çıxarılır,
– yeni yol əsasının və küçənin profilə salınması işləri görülür.
Daha sonra isə küçələrə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır.

Bineqedi.com

Əvvəlki məqaləDaha bir əsgərimiz Laçında həlak oldu
Növbəti məqalədə3 gün ərzində 7 marşrut xəttinin hərəkət sxemi dəyişəcək – SİYAHI