Binəqədi sakini Şirvanda ağır qəza törətdi

0
115
qeza-dyp-bineqedi

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.com xəbər verir ki, hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb.

Bakı şəhəri, Binəqədi rayon sakini 1975-ci il təvəllüdlü İqor Skokov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Şabran rayonunun Ağalıq kənd sakini, 2011-ci il təvəllüdlü Ağayev Hacıbala Davud oğlunu vurub.

Xəsarət alan şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqaləQarabağda itkin düşənlərin ailə üzvlərindən nümunələr toplanılıb
Növbəti məqalədəBinəqədidə şəhidin məzarı ziyarət olunub – FOTOLAR