27 avqust 2022-ci il tarixində şəhid Cavid Paşazadənin doğum günü münasibətilə məzarı ziyarət edilib.
Bineqedi.com saytı xəbər verir ki, ziyarətdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyətinin İcra Hakimiyyəti Başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teyyub Abdullayev, Xocəsən qəsəbə bələdiyyəsinin sədri Nigar Məmmədova və və şəhidin ailəsi iştirak edib.
Qeyd edək ki, Cavid Telman oğlu Paşazadə 2001-ci ilin 27 avqustunda Sulutəpə qəsəbəsində zəhmetkeş bir ailədə dünyaya göz açmışdı. Orta təhsilini Şəhid Elşən Sultanov adına 217 nömrəli tam orta məktəbdə almışdı.
Şəhid Paşazadə Cavidin sonuncu döyüş yeri olan Xocavənddə azad olunmuş torpaqlarını qorumaq üçün saatlarla mübarizə aparıb, döyüşən dörd gəncdən biri Cavid olub. Onlar əzmlə canları bahanasına ələ keçirdikləri postu verməmək üçün son ana qədər vuruşublar. Gənc əsgər uzun mübarizədən sonra 29 oktyabr da, bacısı Zeynəbin ad günündə Şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid əsgər Cavid Paşazadə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Bineqedi.com







