Baş leytenant Adil Asəm oğlu İbrahimlinin anım tədbirləri keçirilib – FOTOLAR

0
94
bineqedi-sehid-anim.png
II Fəxri Xiyabanda Vətən müharibəsi şəhidləri – polkovnik- leytenant Həmdəm Mayıl oğlu Ağayev və Xüsusi Təyinatlı Qüvvələrin zabiti, Vətən müharibəsi qəhrəmanı, baş leytenant Adil Asəm oğlu İbrahimlinin doğum günü münasibətilə anım tədbirləri keçirilib.
Bineqedi.com xəbər verir ki, tədbirdə şəhid ailələri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin aparıcı məsləhətçisi Füzuli Mehrabzadə, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədzadə, şəhidin övladlarının təhsil aldığı 314 saylı tam orta məktəbin müəllim və şagird kollektivi və rayon ictimaiyyəti iştirak ediblər.
Bir 19 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Ağayev Həmdəm Mayıl oğlu ailəli idi. Bir oğul və bir qız atası idi. Həmdəm Ağayev 1993-1994-cü illərdə – hələ 18 yaşında olarkən könüllü olaraq I Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1994-cü ilin mayında müharibənin bitməsindən sonra Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həmdəm Ağayev, 1999-cu ildə ali hərbi təhsilini bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlamışdı.
Bir 17 nəfər, ayaqüstə duran insanlar, hərbi forma və açıq hava şəkili ola bilər
Həmdəm Ağayev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissəsində leytenant hərbi rütbəsində xidmətə başlamış, 2003-cü ildə baş leytenant, 2004-cü ildə kapitan, 2006-cı ildə mayor, 2012-ci ildə isə polkovnik-leytenant hərbi rütbəsinə yüksəlmişdi.
Bir 8 nəfər, ayaqüstə duran insanlar, ağac və açıq hava şəkili ola bilər
Həmdəm Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdi. 2010-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda xidmət edən Həmdəm Ağayev 2017-2018-ci illərdə Qusar şəhərində yerləşən “N” saylı hərbi hissənin komandir müavini – qərargah rəisi, 2018-ci ildən 4-cü Ordu Korpusunun qərargah rəisi vəzifəsində xidmət etmişdi.
Bir 6 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Azərbaycan Ordusunun polkovnik-leytenantı Həmdəm Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərin fəal iştirakçısı olub.
Bir 12 nəfər, ayaqüstə duran insanlar, ağac və açıq hava şəkili ola bilər
Həmdəm Ağayev oktyabrın 9-da Füzulinin azad edilməsi uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb. “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, “İgidliyə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı,”Hərbi xidmətlərə görə” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medal, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalı, həmçinin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Bir 9 nəfər, ayaqüstə duran insanlar, ağac və açıq hava şəkili ola bilər
Bir 9 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 14 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar, hərbi forma, abidə və açıq hava şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar, hərbi forma və açıq hava şəkili ola bilərBir 11 nəfər, ayaqüstə duran insanlar, hərbi forma və açıq hava şəkili ola bilərBir 11 nəfər, ayaqüstə duran insanlar, hərbi forma və açıq hava şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar, hərbi forma və açıq hava şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 19 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə qonşusu tərəfindən döyülən qadının əli sınıb
Növbəti məqalədəErmənistanın KTMT-yə kömək üçün müraciəti qanunsuzdur – Rusiyalı hərbi ekspert