Binəqədidə bir qrup Vətən müharibəsi şəhidinin övladının iştirakı ilə görüş keçirilib – FOTOLAR

0
70
bineqedi-sehid-ovladlari-gorus.png
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və PASHA Həyat Sığorta şirkətinin birgə təşkilatçılığı ilə yeni tədris ilinin başlanması ilə əlaqədar həyata keçirilən “Bilik həftəsi” adlı tədbir çərçivəsində bir qrup Vətən müharibəsi şəhidinin övladının iştirakı ilə görüş keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxış edərək şəhid övladlarını qarşıdan gələn yeni tədris ili münasibətilə təbrik etdi, onlara uğurlar arzulayıb.
Vüsar İsmayılov Vətən müharibəsində şəhidlərimizin və qazilərimizin qəhrəmanlığından bəhs etdi. Bütün xalqımızın şəhid qəhrəmanlarımızla daim qürur duyduğunu və onların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını qeyd edib. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan ətraflı bəhs edib.
PASHA Həyat Sığorta şirkətinin əməkdaşı Məryəm Abbasəliyeva da çıxış edərək şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərilməsinin müqəddəs borcumuz olduğunu söyləyib. Çalışdığı şirkətin bu istiqamətdə layihələrinin davamlı xarakter daşıdığını bildirib. O, şəhid övladlarını təbrik edərək, onlara yeni tədris ilində uğurlar və şəhid atalarının adına layiqli övladlar olaraq yetişmələrini arzulayıb.
YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva çıxışında şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs edib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıb və şagird övladlarını təbrik edib.
PASHA Həyat Sığorta şirkətinin əməkdaşı Vəli Məmmədov çıxış edərək bildirib ki, sentyabrın 27-də başlayaraq 44 gün dava edən İkinci Qarabağ müharibəsi bizə nə qədər qəhrəman, igid oğullarımızın olduğunu bir daha göstərmiş olub. Onlar ölümü ilə dastan yazdılar, dillər əzbərinə çevrildilər. PASHA Həyat Sığorta şirkətinin əməkdaşı uşaqları təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb.
Görüşdə şəhid Asif Kərimovun övladı Gülay Kərimsoy doğum günü, şəhid Anar Şükürovun övladı Ümid Şükürov Xəzər Universtetinə daxil olması münasibətilə təbrik olunub.
Görüş çay süfrəsi ətrafında davam etdirildi və şəhid övladları məktəb ləvazimatları ilə təmin olunub. Görüşdə şəhidlərin ailələri ilə söhbət aparılıb, onlar göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.
Bineqedi.com
Bir 8 nəfər, uşaq, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 8 nəfər, uşaq, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 10 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 6 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir tort şəkili ola bilərBir 3 nəfər, uşaq, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 7 nəfər, uşaq, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 14 nəfər, uşaq, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 9 nəfər, uşaq, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 6 nəfər, uşaq, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 7 nəfər, uşaq, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 5 nəfər və içəridə şəkili ola bilərBir 6 nəfər, uşaq, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 7 nəfər, uşaq, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 7 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar, içəridə və mətn şəkili ola bilərBir 6 nəfər, uşaq, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 7 nəfər, uşaq, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 11 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Əvvəlki məqaləBinəqədi və Biləcəri qəsəbələrində 24 nəfər saxlanılıb – VİDEO
Növbəti məqalədəBinəqədidə 9 mərtəbəli yaşayış binasında yanğın olub