Binəqədidə 9 mərtəbəli yaşayış binasında yanğın olub

0
117
yangin-fhn

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə, 1 otağında 1 ədəd yastıq və dəhlizdə 1 ədəd döşək yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 6 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədidə bir qrup Vətən müharibəsi şəhidinin övladının iştirakı ilə görüş keçirilib – FOTOLAR
Növbəti məqalədəUşaq evində böyüyən şəhidimizin atası polkovnik-leytenant imiş…