Binəqədidə şirkətdən oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub

0
51
polis-bolmesi-dordundu-polis-bineqedi

Bakıda şirkətdən oğurluq edən şəxs tutulub.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində 3 avtomobildən ümumilikdə 1 800 manat pul, noutbuk, bankomat kartları, ehtiyat açar və rəng yoxlayan aparat, rabitə qovşağına məxsus dirəklərdən 120 metr rabitə kabeli və qutu, şirkətlərin birindən elektrik naqilləri, bir torpaq sahəsindən 3 000 manat dəyərində su çəni, bir həyətyanı sahədən isə 2 250 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş T. Zeynalov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqaləDOST mərkəzlərində 8 ayda 419 mindən çox şəxsə xidmət göstərilib – FOTO
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə növbəti humanitar aksiya keçirilib – FOTOLAR