Bilik Günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə humanitar aksiya keçirilib.
Bineqedi.com xəbər verir ki, aksiya çərçivəsində aztəminatlı ailələrin ibtidai sinifdə təhsil alan övladlarına məktəbli formaları hədiyyə edilib.
Humanitar aksiya ümumilikdə 50 aztəminatlı ailəni əhatə edib.
Qeyd edək ki, Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra Binəqədi rayonunda hər il çox sayda humanitar aksiya keçirilir.
Aksiyalar zamanı aztəminatlı ailələrə dəstək məqsədilə müxtəlif yardım tədbirləri həyata keçirilir.
Bu humanitar aksiya da həmin tədbirlərdən biridir.
Aztəminatlı ailələrin vəziyyətini nəzərə alan, bu humanitar aksiyanı təşkil edən, Binəqədi Rayon İcra Hakimiyyətinin bu təşəbbüsünə dəstək verən hər kəsə təşəkkürümüzü bildiririk.
Bineqedi.com