BDU-nun professoru Binəqədidə faciəvi şəkildə öldü

0
47
yol polisi

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bineqedi.info saytı “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində “Land Rover” markalı avtomobil piyada keçidində saxlayaraq yolu keçən piyadaya yol verən “AZSamand”a çırpılıb. Zərbənin təsirindən “AZSamand” hərəkət edərək yolu keçən piyada Oqtay Qarabəylini vurub. Ağır vəziyyətdə özəl klinikalardan birinə çatdırılan piyada orada vəfat edib.

BDU-nun professoru faciəvi şəkildə öldü

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Oqtay Qarabəyli elmlər doktoru, Bakı Dövlət Universitetinin dosentidir.

Bineqedi.info

Əvvəlki məqaləPaytaxtda taksilərlə bağlı reydlər başladı – FOTOLAR
Növbəti məqalədəBinəqədi polisləri kütləvi davaya görə 4 nəfəri saxladı