Binəqədi polisləri kütləvi davaya görə 4 nəfəri saxladı

0
176
polis-bolmesi-dordundu-polis-bineqedi

Bakıda 3 nəfəri bıçaqlayan şəxslər tutulub.

Bineqedi.com saytı DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ 4-cü Polis Şöbəsinə oktyabrın 18-də saat 23 radələrində Bakı şəhər sakinləri S.Eyvazov, qardaşı F.Eyvazov və M.Musayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Bakı şəhər sakinləri E. İsmayılov, K. Əliyev, Ş. Musayev, A. Gərayev saxlanılıb, daha iki nəfərin isə şəxsiyyəti müəyyən olunub.

Bineqedi.com

Əvvəlki məqaləBDU-nun professoru Binəqədidə faciəvi şəkildə öldü
Növbəti məqalədə“Dövlətimizdən ayrı düşmüş azərbaycanlılara əlimizdən gələni edəcəyik” – Prezident