“Türkiyə və Azərbaycanda dərmanların qiymətində 7-8 dəfə fərq var”

0
103
milli-meclis-deputat

“Azərbaycana idxal olunan ərzaq məhsulları və dərmanlara tətbiq olunan gömrük rüsumlarına dəyişiklik edilsin”.

Bineqedi.com xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı danışıb.

Deputat qeyd edib ki, ərzaq məhsulları və dərman vasitələrinə tətbiq olunan gömrük rüsumları kifayət qədər yüksəkdir.

O, ƏDV-nin ərzaq məhsullarına bir və ya bir neçə il müddətinə ləğv edilməsini təklif edib. Fəzail Ağamalının sözlərinə görə, bunu etməklə, qiymət artımından əziyyət çəkən aztəminatlı ailələrə dəstək olmaq olar.

“Qiymət artımı ən çox dərman qiymətlərində hiss olunur. Baxmayaraq ki, bu qiymətlər dövlət tərəfindən tənzimlənir”.

Bunu isə deputat Vahid Əhmədov bildirib:

“Mən dərmanlarımı Türkiyədən gətizdirirəm. Türkiyədə və burda olan dərmanların qiymətində 7-8 dəfə fərq var. Mən başa düşürəm yol, daşıma xərcləri var. Lakin fərq bu qədər olmamlıdır0 Bu əhalini ən çox narahat edən problemdir.

Deputat banklarda kredit faizlərinin yüksək olmasından gileylənib: “Niyə Azərbaycanda investisiya fondları yoxdur? Bunun səbəbi nədir? Mərkəzi Bankın bankalara verdiyi pulun faizlərinə baxmaq lazımdır? Niyə biz sahibkaralara 20%-lə kredit verməliyik?”.

O, həmçinin 50 min manata kredit almağa görə girov məsələsinin sadələşdirilməsini təklif edib: “Bank sahəsində problemdən biri girov məsələsidir. Sahibkarlar 5 il müddətində girovla kredit  götürürlər. Bəs sahibkar 5 il nə etsin?! Bu kredit məsələsini həll etmək lazımdır. Rayonlarda hamı istəyir taxıl əksin. Amma adamların vəsaiti yoxdur”.

“Dövlət büdcəsində qeyd olunur ki, 21-ci əsr tələblərinə uyğun təhsil sistemi təmin olunacaq. Necə nail olunacaq? Kim bunu təmin edəcək?”

Bunu qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli söyləyib: “Qeyd olunur ki, 2021-ci ilin iyulun 1-nə qədər Azərbaycanda məşğul olan əhalinin sayı 5 milyon 334 min nəfərdir. Bunun da 1 milyon 720 mini dövlət və qeyri-dövlət sektorunda işləyir. Biz bilirik ki, 30 min insan neft sektorunda adam işləyir. Əvvəl bu rəqəm 80 min idi. Mənə deyin görüm, 3.6 milyon insan haradadır? Neynəyir? Nə işlə məşğul olur?” Hər dəfə büdcəyə kənd təsərrüfatının quyruğunda balıqçılıq fəaliyyətinin adı çəkilir. Amma ölkədə balıqçılıq yoxdur. Bizim quru ərazimiz boyda Xəzər ərazimiz, çaylarımız var. Bunu kimi izah edəcək? İnflyasiya part-part, arta-arta gedir. Bəzi ölkələrdə neftdən gələn gəlirlərdən əhaliyə birdəfəlik yardımlar edilir. Amma bizdə niyə edilmir?! İnternet qiymətləri artır, telefon qiymətləri artır, qiymətlər artır”.

Bineqedi.com

Əvvəlki məqaləCənubi Azərbaycanın İrandan ayrılması: reallıq, yoxsa siyasi ritorika?
Növbəti məqalədəBinəqədidə daha bir yolun təmiri işləri aparılır – VİDEO