“Ruben Vardanyan kimi insanlar sülhməramlıların müvəqqəti yerləşdiyi torpaqlarımıza aparılır”

0
48
azay quliyev

“O xarici ölkə paytaxtı yoxdur ki, Ermənistan Azərbaycana qarşı təbliğat aparmasın”.

Bineqedi.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev bildirib.

“Yaxşı, bir tərəfdən sən sülh istəyirsən, digər tərəfdən Azərbaycana qarşı təbliğat aparırsan, olmazın yalanlar, böhtanlar yayırsan. Əlbəttə, biz ümid edirik ki, yaxın aylarda bu sülh prosesi öz bəhrəsini verəcək və Cənubi Qafqaza sülh və barış gələcək”, – deyə Azay Quliyev qeyd edib.

Deputat, eyni zamanda bildirib ki, Azərbaycan regionda baş verənləri diqqətlə izləyir: “Ruben Vardanyan kimi insanlar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə aparılır. Onun əli ilə Azərbaycan-Ermənistan sülh gündəliyinə maneə yaratmaq istəyirlər. Azərbaycan prosesləri çox diqqətlə izləyir. Zamanı gələndə digər məsələlər də öz həllini tapacaq, Azərbaycan lazımı cavab addımları atacaq”.

Əvvəlki məqaləBinəqədidə şəhid Elnur Nəcəf oğlu Mustafayevin anım mərasimi keçirilib – FOTOLAR
Növbəti məqalədəZakir Həsənov müşavirə keçirdi, tapşırıqlar verdi – Fotolar