Binəqədidə şəhid Elnur Nəcəf oğlu Mustafayevin anım mərasimi keçirilib – FOTOLAR

0
148
bineqedi-sehid-anim-xocahesen.png
Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi əsgər Elnur Nəcəf oğlu Mustafayevin şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi keçirilib.
Bineqedi.com xəbər verir ki, anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının, icra nümayəndəliyinin, Gənclər və İdman İdarəsinin, bələdiyyənin rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qeyd etdi ki, dövlətimiz Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinə, bu haqq savaşımızda Şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Vətən müharibəsi başlayanda ölkədə bu haqq savaşına qoşulmaq üçün minlərlə könüllü ayağa qalxdı. Xalqın bütün nümayəndələri – ayrı-ayrı fərdlərdən tutmuş böyük müəssisələrədək – hər kəs ordumuza dəstək nümayiş etdirdi. Çünki torpaqdan pay olmaz. Çünki Vətən bölünməz! İgid oğullarımızın məğrurluğu, qətiyyəti, vətənpərvərliyi bütün gənclərimiz üçün əsl örnəkdir.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov şəhidimizin şərəfli ömür və döyüş yolundan, ərazi bötüvlüyümüz uğrunda gedən döyüşlərdə göstərdikləri şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbəmizdən danışdı.
Bineqedi.com
Bir 9 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 14 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 14 nəfər, ayaqüstə duran insanlar, açıq hava və bunu deyən yazı "20 ANI" şəkili ola bilərBir 1 nəfər, abidə və açıq hava şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə avtomobillər toqquşub, xəsarət alanlar var
Növbəti məqalədə“Ruben Vardanyan kimi insanlar sülhməramlıların müvəqqəti yerləşdiyi torpaqlarımıza aparılır”