Tibb işçilərinin əmək haqlarına əlavələr artırılır – ƏMR

0
60
ejder-melikov-adina-xestexana-baku4.jpeg

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 4 noyabr 2022-ci ildə tibb işçilərinin əmək haqları ilə bağlı əmr imzalayıb.

Əmrlə “TƏBİB publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişiklik edilib.

Qərara əsasən:

“Tibb müəssisələrinin struktur bölmələrində baş tibb bacısı (qardaşı), böyük tibb bacısı (qardaşı), böyük mama, böyük feldşer, böyük laborant və təsərrüfat bacısı (qardaşı) vəzifəsində çalışanların vəzifə (tarif) maaşı onların dərəcələrinə uyğun təyin edilmiş vəzifə (tarif) maaşlarına 15 faiz və bu Qaydanın 19.1-ci bəndinə uyğun olaraq, müvafiq sahələr üzrə verilən sabit aylıq həvəsləndirici əlavələr (baş tibb bacısı (qardaşı) üçün nəzərdə tutulan sabit aylıq həvəsləndirici əlavə istisna olunmaqla) 50 faiz artımın tətbiq edilməsi yolu ilə müəyyən edilir.

Tibb müəssisələrinin bilvasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə işlərinə cəlb edilən həkim, orta və kiçik tibb heyəti işçilərinə, eləcə də sanitar avtomobillərin sürücülərinə görə vaxtında yerinə yetirilən işin hər saatına görə saatlıq vəzifə (tarif) maaşının 50 faizi, digər işçilərin isə vəzifə (tarif) maaşınnı 35 faizi miqdarında əlavə haqq ödənilir.

Qeyd edək ki, artımlar Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələrdə çalışan tibb işçilərinə şamil edilmir.

Əvvəlki məqaləBakıda içməli sudan qanunsuz istifadəyə dair ən çox fakt Binəqədidə aşkarlanıb
Növbəti məqalədəBinəqədidə “Erkən nikahlar və onların fəsadları” mövzusunda tədbir keçirilib