Binəqədidə “Erkən nikahlar və onların fəsadları” mövzusunda tədbir keçirilib

0
82
bineqedi-erken-nikah
Binəqədi Rayon İcra Hakimiyyətinin, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsi və Binəqədi Rayon Qeydiyyat şöbəsinin birgə təşkilatçılığı ilə “Erkən nikahlar və onların fəsadları” mövzusunda tədbir keçirilib.
Bineqedi.info saytı xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, Binəqədi Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin inspektoru, polis mayoru Elxan Əliyev, Binəqədi Rayon Qeydiyyat şöbəsinin rəisi Tahirə Əsgərova, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov, Binəqədi Rayon Gənclər Evi sosial xidmət müəssisəsinin psixoloqu Nərmin İsmayılova və gənclər iştirak edirdilər.
Tədbiri giriş nitqi ilə açan Leyla Quliyeva erkən yaşlarda nikaha daxil olan yeniyetmələrin reproduktiv sağlamlıqla bağlı problemlər yaşanmasından, ana və uşaq ölümlərindən danışdı. Həmçinin qeyd etdi ki, Azərbaycanda erkən nikahların qarşısının alınması üçün mövcud qanunlar təkmilləşdirilib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanmış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Azərbaycanda uşaqların, o cümlədən qızların hüquqlarının müdafiəsi sahəsində böyük işlər görülmüş, gələcəkdə görüləcək tədbirlər artıq müəyyən edilmişdir. “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunları bu sahədə olan problemlərin həllinə yönəlib. 2011-ci ildə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edilərək qadınlar üçün minimum yaş həddinin 17-dən 18-ə qaldırılması bu sahədə aparılan dövlət siyasətinin ən mühüm göstəricilərindən biridir.
Daha sonra çıxış edənlər – Elxan Əliyev, Tahirə Əsgərova, Rüfət Əhmədov, Nərmin İsmayılova gənclərə uşaq hüquqları haqqında Beynəlxalq Konvensiyalar və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat verdilər. Bildirdilər ki, “Erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və bu da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır. Erkən nigah doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və aktual problemi olaraq qalmaqdadır. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atır, boşanma hallarını artırır. Erkən nikah mühüm problemdir, çünki iki nəslin, həm indiki, həm gələcək nəslin nümayəndələrinə sağalmaz yaralar vurur.”
Tədbir iştirakçılarla qarşılıqlı dialoq və müzakirə formatında davam etdi.
Bineqedi.info
Bir 3 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar, ofis və içəridə şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilərBir 7 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 7 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 11 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilərBir 11 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 8 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 8 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 11 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Əvvəlki məqaləTibb işçilərinin əmək haqlarına əlavələr artırılır – ƏMR
Növbəti məqalədəVətən müharibəsi şəhidi İbrahim İbrahimovun anım mərasimi keçirilib – FOTOLAR