Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Binəqədi Rayon Məhkəməsinin inzibati binasında tədbir keçirildi.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımov, Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Rayon Ağsaqallar Şurasının sədri-əməkdar hüquqşünas, III dərəcəli Dövlət Ədliyyə müşaviri, müharibə və əmək veteranı Akif Rəfiyev, RİH başçısı Aparatının hüquq şöbəsinin müdiri Yunis Hüseynov, rayonun ədliyyə işçiləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Rayon Məhkəməsinin sədri Araz Kazımov Azərbaycan ədliyyəsinin tarixindən və inkişaf yolundan, ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan bəhs edərək, bu gün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçilərinin ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək, daha məsuliyyətlə çalışmaq əzmində olduqlarını vurğuladı və ədliyyə işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirdi.
Daha sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev çıxışında ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edərək, ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyətini qeyd edərək, ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıq və məsuliyyətlə çalışdıqlarını qeyd etdi.
Sonda Rayon Ağsaqallar Şurasının sədri-əməkdar hüquqşünas, III dərəcəli Dövlət Ədliyyə müşaviri, müharibə və əmək veteranı Akif Rəfiyev çıxış edərək ədliyyə işçilərini peşə bayramı günü münasibətilə təbrik edərək, Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən tədbirlərin və qazanılan nailiyyətlərin məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan genişmiqyaslı işlərin real təzahürü olduğunu diqqətə çatdırdı.
Tədbirin sonunda 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə rayonda səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup ədliyyə işçisi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.
Bineqedi.com





















