Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR

0
61
bineqedi-xocasen-qebul.png
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin şəhid ailələrinin yaşadığı 20 Yanvar və Sərkərdələr küçələrinin abadlaşdırılması, Xocəsən Sağlamlıq Mərkəzinə və 17 saylı Təcili Yardım Stansiyasına kanalizasiya xəttinin çəkilməsi ilə bağlı, Laçın məktəbinə gedən yola, Çinarlı küçəsinə, 103 saylı məktəbin arxasına və Xocəsən Mədəniyyət Evindən 103 saylı məktəb istiqamətindəki yola asfalt örtüyünün çəkilməsi, eyni zamanda Elçin Əzizov küçəsində asfalt örtüyünün bərpa edilməsi, fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi və yeni qaz sayğacının quraşdırılması, vətəndaşa sosial müavinətin verilməsi və işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 7 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və kostyum şəkili ola bilərBir 7 nəfər, ayaqüstə duran insanlar və oturan insanlar şəkili ola bilərBir 9 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilərBir 9 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilərBir 9 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 11 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilərBir 11 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilərBir 11 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilərBir 11 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə evdən külli miqdarda pul oğurlanıb
Növbəti məqalədəTofiq Zülfüqarov “Laçın dəhlizi”nin bağlanmasını istəmir – SƏBƏB