Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında partiyanın fəal üzvlərindən Nağıyev Rafiq Fərhad oğlunun 50 illik yubileyi qeyd edilib.
Bineqedi.com saytı xəbər verir ki, görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov anadan olmasının 50 illik yubileyini qeyd etdiyimiz Rafiq Nağıyev haqqında xatirələrini bölüşərək bildirib ki, rayon təşkilatının fəaliyyətində, tədbirlərində, həmçinin rayonun ictimai-siyasi, mədəni həyatında hər zaman yüksək fəallıqla iştirak edib. Rayon təşkilatının sədri daha sonra yubilyarı təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər, fəaliyyətində uğurlar arzulayıb.
Görüşün sonunda çıxış edən yubilyar göstərilən diqqət və qayğıya görə hər kəsə təşəkkürünü bildirib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən regionun ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası sıralarında qürurla təmsil olunduğunu söyləyib.
Görüşün sonunda Rafiq Nağıyev rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və 50 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edilib, ona xatirə hədiyyəsi təqdim olunub.
Bineqedi.com



