Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, aparatın əməkdaşları, gənc fəalları Binəqədi rayonunda yerləşən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində olublar.
Bineqedi.com saytına verilən məlumata görə, qadın və uşaq sığınacağını ziyarət edən əməkdaşlar uşaqların ehtiyacları, problemləri ilə maraqlanıblar. Əməkdaşlara sığınacaq barədə onlara ətraflı məlumat verib. Bildirib ki, burada qadınların və uşaqların rahat yaşaması üçün hər cür şərait yaradılıb. O, eyni zamanda sığınacağa təşkil edilən ziyarətə görə təşəkkürünü bildirib.
Görüşün sonunda rayon təşkilatının əməkdaşları sığınacaq mərkəzinin sakinlərini hədiyyələr ilə sevindiriblər.
Görüş sığınacaq sakinlərində xoş təəssüratlarla yadda qalıb.
Bineqedi.com








