Binəqədidə evdən külli miqdarda pul oğurlanıb

0
67
bineqedi polis idaresi

Bakıda evdən külli miqdarda pul oğurlanıb.

Bineqedi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mənzillərin birindən 19 000 avro, 4 950 funt sterling və 4 800 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Silayət Əhmədov və Biləsuvar rayon sakini Amid Abışov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Bineqedi.info

Əvvəlki məqaləAzay Quliyev: “İndi söz və sıra Şarl Mişelindir…”
Növbəti məqalədəElxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR