YAP Binəqədi rayon təşkilatında “Sağlam düşüncə – sağlam gələcək” adlı maarifləndirici tədbir təşkil olunub – FOTOLAR

0
50
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə YAP Binəqədi rayon təşkilatının inzibati binasında “Sağlam düşüncə – sağlam gələcək” adlı maarifləndirici tədbir təşkil olundu.
Bu barədə Bineqedi.com saytına Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatından məlumat verilib.
Tədbirdə öncə Azərbayanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Fövqəladə Hallar Nazirliyinin Qazdan və tüstüdən mühafizə xidmətinin rəisi Tahir Xasıyev, 1 nömrəli təcili tibbi yardım xidmətinin əməkdaşı Leyla İsmayılova, psixoloq Səbinə İsmayılova mövzu ətrafında geniş məruzələrlə çıxış etdilər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi ki, təbii və texnogen xarakterli fəlakətlərin qarşısında aciz qalmamaq üçün hər kəs fövqəladə hallarda özünü necə aparmağı bilməli, özünə və başqalarına kömək etməyi bacarmalıdır. Qazla əlaqədar təhlükəsizlik qaydalarını hamı bilməli, ona hər bir vətəndaş ciddi əməl etməlidir. Unutmamalıyıq ki, bu qaydalara əməl etməməklə biz zəhərlənmə, yanğın, partlayış təhlükəsi yaradır, özümüzü, ailə üzvlərimizi, ətrafdakı insanları bədbəxt hadisələrə düçar edirik.
Fövqəladə Hallar Nazirliyinin Qazdan və tüstüdən mühafizə xidmətinin rəisi Tahir Xasıyev qeyd etdi ki, qaz cihazlarından təlimata uyğun düzgün istifadə edilməməsi səbəbindən çox vaxt insan itkisi ilə nəticələnən partlayış, yanğın, zəhərlənmə kimi bədbəxt hadisələr baş verir. Bu onu göstərir ki, sakinlər hələ də təbii qazdan, ümumiyyətlə bütövlükdə qaz təsərrüfatından istifadə edərkən təhlükəsizlik qaydalarına tam əməl etmirlər. Onlar standartlara uyğun olmayan, istehsal mənşəyi bilinməyən qaz cihazlarından istifadə edir, qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri, əlavə qaz cihazlarının quraşdırılması ilə əlaqədar çoxsaylı problemlər yaşayırlar.
1 nömrəli təcili tibbi yardım xidmətinin əməkdaşı Leyla İsmayılova, hər hansı bir qəza və ya həyati təhlükə yaradan bir vəziyyətdə həkimlərin köməyi təmin edilənə qədər həyatın xilas olunması və ya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədi ilə hadisə yerində tibbi vəsaitsiz, mövcud vasitə və vəsaitlərlə edilən yardımdan, hər hansı zədə almış və ya qəfildən xəstələnmiş şəxsin həyatını xilas etmək və sağlamlığını bərpa etmək üçün ona göstərilmiş həkimə qədər ilk yardımın böyük əhəmiyyətindən bəhs etdi. Hadisə yerində bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almağın mümkünlüyünü vurğuladı.
Psixoloq Səbinə İsmayılova bullinqlə bağlı geniş məlumat verərək bildirdi ki, bullinq başqa birində qorxu yaratmağa və bununla da onu tabe etməyə yönəlmiş hədə-qorxu, fiziki və ya psixoloji terrordur. BMT-nin Uşaq Fondunun (UNICEF) hesabatlarına görə hər 7 dəqiqədə bir yeniyetmə zorakılıqdan ölür. Uşaqlıqdan uşaqlara nəyin qeyri-mümkün, nəyin mümkün olduğunu, nəyin məsuliyyət yaradacağını anladaraq, hamımız bir araya gəlib, uşaqlarımızı incitməyi dayandırsaq, cəmiyyətimizdə bu kimi problemlər öz həllini tapacaq.
Tədbir müzakirələrlə başa çatdı.
Bineqedi.com
Bir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 7 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 7 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar və oturan insanlar şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Əvvəlki məqaləBinəqədi rayonu 6-cı mikrorayonda törədilmiş dəhşətli qətllə bağlı təfərrüatlar – CİNAYƏT İŞİ
Növbəti məqalədəBinəqədidə atası və anası narkoman olan 4 azyaşlı evdə kimsəsiz qalır? – VİDEO