“Sülh aylığı” çərçivəsində kitab sərgisi təşkil edilib

0
75

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Sülh aylığı” çərçivəsində Beynəlxalq Sülh Gününə həsr olunan tədbir və kitab sərgisi təşkil edib.

Bineqedi.info  xəbər verir ki, Baş İdarədən bildirilib ki, tədbiri kitabxananın metodika və biblioqrafiya şöbəsinin müdiri Şəfa Quliyeva açaraq mövzu haqqında ətraflı məlumat verib. Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatı bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh Günü sentyabrın hər 3-cü çərşənbə axşamı keçirilirdi. Lakin 2002-ci ildə BMT Beynəlxalq Sülh Günü üçün 21 sentyabr tarixini əsas tarix kimi müəyyənləşdirib.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd bütün dünyada sülhün, təhlükəsizliyin və insan haqlarının qorunması demokratiyanın inkişafında əsas cəhət olduğunu bildirməkdir.

 

Əvvəlki məqaləBeynəlxalq layihənin iştirakçıları Binəqədi Gənclər Evində olublar
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyəti başçısının vətəndaş qəbulu keçirilib