Binəqədidə həyətdən 4500 manatlıq oğurluq olub

0
63
bineqedi-rayon-polis-idaresi-43-polis-bolmesi-qirxucuncu1

Bakıda həyətdən 4500 manatlıq oğurluq olub.

Bu barədə Bineqedi.com saytına Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi qəsəbəsindəki həyətlərin birinin saxlanc yerindən 4500 manat dəyərində məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Elşən Əşrəfov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqaləNazir: “Ermənistan XİN rəhbəri ilə növbəti görüşün keçirilməsi nəzərdə tutulur”
Növbəti məqalədəPrezident: “Azərbaycanın Qarabağ Zəfəri regionda yeni layihələr üçün əlverişli imkan yaradıb”