YAP Binəqədi rayon təşkilatının sədrinə “Tərəqqi” medalı təqdim edilib

0
141
vusar-ismayilov-bineqedi-yap.png

Dekabrın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.

YAP-ın mətbuat xidmətindən Bineqedi.com saytına verilən məlumata görə, iclasın gündəliyində olan məsələlərin müzakirəsindən əvvəl Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 30-da imzalanmış müvafiq sərəncamları ilə ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına görə təltif olunmuş şəxslərə mükafatların təqdim olunması mərasimi keçirilib.

Mərasimdə YAP Mərkəzi Aparatının əməkdaşları, partiyanın Təftiş Komissiyasının, Veteranlar Şurasının, Gənclər Birliyinin üzvləri və yerli təşkilatlarının sədrləri iştirak ediblər.

Bir 1 nəfər, ayaqda və oturmalı şəkili ola bilər

Tədbirdə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin uğurla inkişaf etdiyini deyib, bu müstəvidə türk dövlətlərinin siyasi partiyaları ilə əlaqələrin gücləndirilməsinin prioritet olduğunu diqqətə çatdırıb.

Tahir Budaqov qeyd edib ki, YAP-ın 30 illik yubileyi münasibətilə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin müvafiq sərəncamları ilə partiyanın yaranmasında, təşkilatlanmasında və inkişafında xidmətləri olan 68 nəfər təltif olunub.

YAP Sədrinin müavini təltif olunan şəxsləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar, kostyum və içəridə şəkili ola bilər

Sonra həmin şəxslərə təltiflər, eləcə də Yeni Azərbaycan Partiyasının hədiyyələri təqdim olunub. Dövlət başçısının müvafiq sərəncamları ilə təltif olunan şəxslər göstərilən etimada görə öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında Sərəncama əsasən, təltif edilənlər arasında YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov da var. 

Vüsar İsmayılov Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Tərəqqi” medalı ilə təltif olunub.
Təbrik edirik.
Bineqedi.com
Əvvəlki məqaləBinəqədili gənclərlə növbəti görüş – FOTOLAR
Növbəti məqalədəBinəqədi rayonunda təmizlik, iməcilik işləri davam etdirilir – FOTOLAR