Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə narkomaniya ilə mübarizəyə həsr olunmuş “Canlı ölü” mövzusunda tədbir keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, tədbir “Sağlam Həyat üçün Yol” kimyəvi asılıllar üzrə reabilitasiya mərkəzinin proqram direktoru Tural Əliyev haqqında sənədli filmlə başlayıb.
Daha sonra o öz həyatından, “ağ ölüm”ə qarşı apardığı mübarizəsindən danışıb.
Tural müalicə aldığı dövrdə ailəsinin dəstəyini qeyd edib.
Hazırda işlədiyi reabilitasiya mərkəzində narkomaniya ilə mübarizə aparan insanlara göstərdiyi dəstəyi də qeyd edib.
O, gənclərə nəinki narkotikdən, bütün ziyanlı vərdişlərdən uzaq olmağı məsləhət verib.
Tədbirin keçirilmə məqsədi yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri olan “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar yaratdığından, bəşəriyyət üçün böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin hər zaman aktual xarakter daşıdığından, narkomaniya ilə mübarizə sahəsində görülən tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğundan və bu istiqamətdə həyata keçirilən mühüm tədbirlər haqqında geniş məlumat verərək, yeniyetmə və gənclər üçün böyük təhlükə mənbəyi olan “ağ ölümə” qarşı həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirlərinin Binəqədi rayonunda mütəmadi xarakter daşıdığını qeyd etməkdir.
Bineqedi.com













