“Niyə düşünürlər ki, uğur üçün təhsil yox, qohum və pul olmalıdır?”

0
111
emin-emrullayev-tehsil-naziri

5 il öncə məzun olan şəxslər daha çox iş tapa bilirdilər.

Bineqedi.com xəbər verir ki, bunu bu gün Elm və təhsil naziri Emin Əmrullayev “Gələcəyə hazır ol” karyera inkişaf forumunda panel müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, heç də bütün tələbələr ali təhsil müddətində müvafiq təcrübə proqramları ilə əhatə olunmurlar.

“Ali təhsil sistemində tələbələr, tələbə olduqları dövrdə aiddiyyəti təcrübə proqramlarına cəlb olunmalıdır”, – nazir bildirib.

“2013-cü ildə “həyatda uğurlu olmaq üçün nə vacibdir” deyə sorğu keçirmişdik. Həmin ildə top 3 cavabda təhsil yox idi. Hesab edirdilər ki, bəxtləri, qohumları, pulları olmalıdır. Dördüncü yerdə təhsil gəlirdi. Ondan sonra belə sorğu keçirməmişik. 2023-cü ildə, 10 ildən sonra bunu edərik və görərik ki, insanların fikirləri bu istiqamətdə necə dəyişib”.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkədə 2-ci dəfə keçirilən Azərbaycan Karyera İnkişaf Forumunda bildirib.

“Niyə insanlar düşünür ki, həyatda uğurlu olmaq üçün təhsil yox, bəxt, qohum və ya pul olmalıdır? Cəmiyyət həmişə səmimidir. Məsələn, görüblər ki, o, sinifdə yaxşı oxusa da, onun sinif yoldaşı yaxşı qohumuna görə yaxşı işlə təmin olunub, o isə yox. Biz razılaşmalıyıq ki, uzun müddət cəmiyyət olaraq qohumluq, bəxt və digər təhsillə bağlı olmayan amillər işəgötürmədə rol oynayıb. İş yeri defisitdirsə, keçid dövründə belə praktika olub deyə cəmiyyət belə düşünür. Bu cəmiyyətimizdə olan meritokratik yanaşmaya keçdikcə, ən bacarıqlılar, ən təhsillilərin rifah səviyyəsi yuxarı olduqca, gələn nəsil də fərqli düşünməyə başlayacaq. Məsələn, “Yüksəliş Müsabiqəsi”nin keçirilməsi də buna xidmət edir. Biz gənclərə həyatda uğurlu olmağın başqa nümunələrini göstərməliyik. Bu halda təhsil sorğularda 4-cü yerdən 3-ə, 3-dən 2-yə və nəhayət, 1-ci yerə düşəcək”.

“Təhsil sahəsindən məzun olanların işə qəbulolma göstəricisi 50 faizdən bir az yuxarıdır. Təbii ki, yeni məzun olan gəncin iş tapması bir az zaman alır”.

Nazir bildirib ki, ən böyük ehtiyaclardan biri tələbələrin təhsil aldıqları müddətdə aidiyyəti təcrübə proqramlarına cəlb olunmalarıdır:

“Hər bir universitetin özünəməxsus işəgötürənlərlə iş strategiyası olmalıdır. Bu halda daha çox insan əmək bazarına daxil olur.

İşğaldan azad edilən ərazilərdəki yenidənqurma işləri yeni iş yerləri deməkdir. Orada işləyəcək kadrların hazırlanması istiqamətində düşünməliyik. İndiki nəslin həyata baxışı əvvəlki nəsildən fərqlidir. Onlar başqa cür həyat tərzi axtarır”.

Əvvəlki məqaləBinəqədi polislərindən uğurlu əməliyyat
Növbəti məqalədəYAP Binəqədi rayon təşkilatı şəhidimizin doğum gününü qeyd edib – FOTOLAR