Binəqədi polislərindən uğurlu əməliyyat

0
101
bineqedi-rayon-polis-idaresi-43-polis-bolmesi-qirxucuncu1

Bakıda 3 vətəndaşın bank hesablarından oğurluq edən şəxslər saxlanılıb.

Bineqedi.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə ayrı-ayrı vaxtlarda 3 vətəndaşın bank hesablarından müxtəlif məbləğlərdə pullarının çıxarılaraq oğurlanması barədə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərində şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vüsal Əliyev, Bakı şəhər sakinləri Adil Orucov və Müşviq Rəhimov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqaləLaçın yolundakı aksiyanın iştirakçıları BƏYANAT yaydılar
Növbəti məqalədə“Niyə düşünürlər ki, uğur üçün təhsil yox, qohum və pul olmalıdır?”