Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini muxtar respublikanın ictimaiyyətinə təqdim edib.
Samir Nuriyev muxtar respublikanın yeni rəhbərliyinin qarşıda duran vəzifələrin vaxtında, tam və səmərəli şəkildə icrasını təmin etməklə Azərbaycan Prezidentinin göstərdiyi böyük etimadı doğruldacağına ümidvar olduğunu deyib.
Naxçıvan Muxtar Respublikasına Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunan Fuad Vahid oğlu Nəcəfli daha əvvəl özəl sektorda bir sıra vəzifələrdə çalışıb.
Nəcəfli Fuad Vahid oğlu 1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub.
BDU-nu Beynəlxalq münasibətlər ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 2000-ci ildə Bakı şəhərində 1 saylı yeri İqtisad Məhkəməsində başlayıb. Beynəlxalq Sığorta Şirkətində, “Star Alyans” Sığorta Şirkətində, “Texnikabank”da, “Paşa Holdinq” MMC-də və digər qurumlarda müxtəlif vəzifələrdə işləyib.
2019-cu ildən “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının üzvüdür.



