Ünvanlı sosial yardımın məbləği 36 faiz artır

0
136
manat

Azərbaycanda ünvanlı sosial yardımın məbləği 36 faiz artır.

Bu məbləğin təxminən 535 manat olacağı gözlənilir.

Bu barədə Bineqedi.com saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2023-cü il üçün ehtiyac meyarının həddi ötən ilə nisbətən 23 faiz artırılmaqla 246 manat müəyyən olunub. Bu artımla ünvanlı yardımların da məbləği artacaq.

Belə ki, ailənin orta aylıq gəliri ailənin üzvlərinin hər biri üzrə ehtiyac meyarının cəmindən aşağı olduqda ailəyə arada yaranan fərq qədər yardım təyin olunur.

Beləliklə, ehtiyac meyarının artması aztəminatlı ailələrə təyin olunan ünvanlı yardımın da artmasına səbəb olur.

Ümumilikdə ünvanlı sosial yardımlarının bir ailəyə düşən orta aylıq məbləğinin 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə bu il 36 faiz artaraq təxminən 535 manat olacağı gözlənilir.

Bineqedi.com

Bir bunu deyən yazı "EHTİYAC MEYARI HaDDI va ÜNVANLI SOSİAL YARDIM 2023-cü üçün tasdiq edilib avvalki ila nisbatan artım 246m 23% Ehtiyac meyarı haddinin artımı ünvanlı sosial yardımın da artımına sabab olur Ünvanlı yardımın bir ailaya düşan orta aylıq mablaği, 2023-cüil üçün proqnoz avvalkiila nisbatan artım 535 36% Sostal sosial.gov.a fo000in" şəkili ola bilər

Əvvəlki məqaləTanınmış şirkətin rəhbəri və işçiləri həbs edildilər – Güzəştli şərtlərlə ipoteka vəd edərək pulları mənimsəyiblər
Növbəti məqalədəBinəqədi rayon 244 saylı tam orta məktəbdə görüş keçirilib – FOTOLAR