244 saylı tam orta məktəbdə xalq şairi Sabir Rüstəmxanlı və yazıçı Seyran Səxavətlə görüş keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə S. Rüstəmxanlı özünün məktəb illəri, gənclik, tələbəlik dövrü ilə bağlı xatirələrindən danışıb, həyat yolunun maraqlı məqamlarından söz açıb.
Qonaq Azərbaycanın milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətindəki çoxşaxəli fəaliyyətindən, Qarabağda qazanılan möhtəşəm Zəfərin yaradıcılığına təsirindən, bir xalq, millət üçün həmrəyliyin önəmindən söz açıb.
Daha sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Bineqedi.com




















