Binəqədidə yol qəzaları baş verib…

0
140
qeza-dyp-bineqedi

Bakıda 7 yaşlı uşağı avtomobil vurub.

Bineqedi.com-un “Report”a istinadən məlumatına görə, Binəqədi rayonunda avtomobil yolu keçən 2016-cı il təvəllüdlü Qarayev Sübhan İntiqam oğlunu vuraraq xəsarət yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Bakının Binəqədi rayonunda digər yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, qəza Rəsulzadə qəsəbəsi ərazisində qeydə alınıb.

Xırdalan şəhər sakini, 1990-cı il təvəllüdlü Atakişiyev Elbin Seyran oğlu yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı bədənin müxtəlif nahiyələrinin çoxsaylı sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt üzrə Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Əvvəlki məqalə7-ci mikrorayonda binanın qarşısında acınacaqlı vəziyyət – VİDEO
Növbəti məqalədəBinəqədi polisləri quldurluğa görə axtarışda olan şəxsi saxladılar